Daha bir çəki üzrə Azərbaycan çempionu müəyyənləşdi

Daha bir çəki üzrə Azərbaycan çempionu müəyyənləşdi

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir.

mediasport.az xəbər verir ki, yarışda iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda - 150-yə yaxın gənc atlet qeydiyyatdan keçib.

İkinci yarış günündə körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar çıxıblar. Onlardan toplam 205 kq (91+114) nəticə göstərən Dəniz Cabbarlı qalib adını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı toplam 190 kq (85+105) nəticə ilə Kamran Xappayev, bürünc medalı isə toplam 174 kq (76+98) nəticə ilə Xəyyam Allahverdiyev qazanıblar.

Çempionata ilk olaraq qızların mübarizəsi ilə start verilib. Öz çəki dərəcələrində Nuray Əbilova (40 kq), Malika Bikçuyeva (45 kq), Türkanə Qənbərzadə (49 kq), Nigar Əliyeva (55 kq), Ayişə Əliyeva (59 kq), Aytən Əliyeva (64 kq), Zəhra Niftəliyeva (71 kq), Arzu Qədimova (76 kq), Mələk Hüseynli (81 kq) və Zəhra Qənbərzadə (+81 kq) qalib adını qazanıblar.

Daha sonra çəkisi 49 kq-a qədər olan oğlan idmançılar arasında toplam 146 kq (68+78) nəticə göstərən İlham Əkbərov qızıl, 144 kq (68+76) nəticə göstərən Nihat Zairov gümüş, 136 kq (63+73) nəticə göstərən Əlimehti Hüseynov isə bürünc medala layiq görülüblər.