DÇ-2022: Qətər mundialının ən yaşlı və gənc futbolçuları kimlərdir?

DÇ-2022: Qətər mundialının ən yaşlı və gənc futbolçuları kimlərdir?

Qətərdə keçiriləcək Dünya çempionatının ən yaşlı və ən gənc futbolçuları məlum olub.

mediasport.az xəbər verir ki, ən yaşlı futbolçuların siyahısına Meksika yığmasının 40 yaşlı qapıçısı Alfredo Talavera başçılıq edir. Mundialın ən gənc futbolçusu isə Almaniya millisinin 18 yaşlı hücumçusu Yussuf Mukokodur.

"Veteranlar" arasında 39 yaşları olan Atiba Hatçinson (Kanada), Pepe (Portuqaliya), Eydzi Kavaşima (Yaponiya) və Dani Alveş (Braziliya) də var.

Gənclərin ardıcllığında isə ilk "3-lüy"ü Mukokodan bir neçə ay və gün fərqi ilə eyni yaşa malik Qaranq Koul (Avstraliya) və Qavi (İspaniya) qapayır.