Braziliyadan ilk məğlubiyyət, Messi Argentina yığması üçün qələbəni 10 dəqiqəyə təmin edib - DÇ-2026

Braziliyadan ilk məğlubiyyət, Messi Argentina yığması üçün qələbəni 10 dəqiqəyə təmin edib - DÇ-2026

DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunları davam etdirilir.

Mediasport.az xəbər verir ki, 4-cü tur çərçivəsində gecə yarı 5 qarşılaşma keçirilib.

Son dünya çempionu Argentina Peru səfərində sürprizə imkan verməyib. leo Messi ilk hissədə matçın taleyini həll edib.

5-qat dünya çempionu Braziliya isə Uruqvayda büdrəyib. Marselo Byelsanın komandası "sambaçılar"ı 2 cavabsız qolla yola salıb.

Argentina yığması 4 turdan sonra maksimum nəticə ilə vahid liderdir. Aktivində 7 xalı olan Uruqvay, Braziliya və Venesuela növbəti 3 yeri bölüşdürür. Kolumbiya 6 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Cənubi Amerika zonasından mundialın final mərhələsinə birbaşa 6 komanda vəsiqə qazanır. Qrupda 7-ci yeri tutan yığma digər zonadan gələn kollektivlə pley-off oyunu keçirir.


DÇ-2026. Seçmə mərhələ. 4-cü tur


Venesueal – Çili 3:0

Paraqvay – Boliviya 1:0

Ekvador – Kolumbiya 0:0

Uruqvay – Braziliya 2:0

Peru – Argentina 0:2