DÇ-2026: Messi Argentina yığmasına qələbə qazandırıb

DÇ-2026: Messi Argentina yığmasına qələbə qazandırıb

Cənubi Amerikada futbol üzrə DÇ-2026-nın seçmə qrup mərhələsinə start verilib.

Mediasport.az xəbər verir ki, ilk tur çərçivəsində 3 görüş oynanılıb.

Son dünya çempionu Argentina millisi doğma meydanda Ekvadordan üstün olub. Lionel Skaloninin çalışdırdığı komandanın minima hesablı qələbəsini matçın sonlarına az qalmış dünya futbolunun canlı əfsanəsi Lionel Messi təmin edib.

Qeyd edək ki, bu zona üzrə mundiala çıxmaq üçün qrupda 10 yığma mübarizə aparır. İlk 6 yeri tutanlar DÇ-nin final mərhələsinə birbaşa vəsiqə qazanırlar, 7-ci yerin sahibi isə Şimali Amerika zonasında analoji pilləni tutmuş yığma ilə pley-offda qarşılaşır.


DÇ-2026. Cənubi Amerika zonası. Seçmə qrup mərhələsi. 1-ci tur


Paraqvay - Peru 0:0


Kolumbiya - Venesuela 1:0

Qol: Rafael Borre, 46.


Argentina - Ekvador 1:0

Qol: Lionel Messi, 78.