De Byazinin makedonlarla oyun üçün qələbə resepti: Bəxt və xarakter

De Byazinin makedonlarla oyun üçün qələbə resepti: Bəxt və xarakter

Millimiz sabah beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Skopyedə Şimali Makedoniya yığmasının qonağı olacaq.

 

mediasport.az xəbər verir ki, komandamızın baş məşqçisi Canni De Byazi görüş öncəsi fikirlərini bölüşüb.

 

İtalyan mütəxəssis Şimali Makedoniya millisinin yaxşı komanda olduğunu deyib:

- Yaxşı keyfiyyətli futbolçuları var. Əksər oyunçuları Avropada oynayır. İtaliya ilə matçlarını futbolçularımıza göstərdim. Düşünürəm ki, qələbə seriyasını davam etdirə bilərik. Bir az bəxt olsa, bir az da xarakter göstərsək, bunu bacararıq. Futbolçularla söhbət zamanı nə etməli olduğumuzu bildirirəm. Moldova milli komandasına qarşı keçirdiyimiz son oyunda rəqib qapısına 18 zərbə endirdik. Oyunu daha tez yekunlaşdırmalı idik. Mahir Emreli qol imkanından maksimum yararlanıb hesabı 3:0 etmə idi. Son dəqiqələrdə geri çəkildik və qapımızda qol gördük. İlk növbədə bu baxımdan inkişaf etməliyik.

 

Bu qarşılaşmalar seçmə mərhələ oyunlarına hazırlıq baxımından çox vacibdir. Qrupumuz çox çətindir. Martda güclü komandalara qarşı oyunlarımız olacaq. Həyatda heç vaxt heç nəyi bilmək olmaz. Təbii ki, ardıcıl qələbələr qazanmağımız futbolçuların özlərinə olan inamı daha da artırır. Futbolçularla söhbət zamanı bildirmişəm ki, yüksək keyfiyyətləri var. Buna əmin olmalıdırlar və bütün bacarıqlarını meydanda nümayiş etdirməlidirlər. Asan olmayacaq. İtirəcəyimiz bir şeyimiz yoxdur. Sona qədər mübarizə aparacağıq.