"Ümumi oyundan razı qaldım" - Berdıyev "Qarabağ"la matç haqda

"Ümumi oyundan razı qaldım" - Berdıyev "Qarabağ"la matç haqda

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 12-ci turunun "Qarabağ"la oyunundan sonra mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, çalışdırıcı öncə matçla bağlı fikirlərini bölüşüb:

"Azarkeşlərimiz üçün yaxşı oyun keçdi, yaxşı oyun oldu. Ümumən oyundan razı qaldıq. Amma səhvlərimiz də var idi".

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Qələbə qazana bilməməyinizdə "Qarabağ"ın qapıçısının yaxşı oyununun nə qədər təsiri oldu?

- Qapıçı onsuz da yaxşı oynamalıdır.

Rəqibin "Qarabağ" olması oyun planında sizi nəyisə dəyişməyinizə məcbur etdi?

- Təxminən plan həmişəki kimi idi. Amma təbii ki, rəqibin ümumən ustalığını, fərdi bacarıqlarını da nəzərə almışdıq.

Sirr deyilsə, plan nədən ibarət idi?

- Rəqib futbolçuların fərdi keyfiyyətlərini əsas götürdük. Birəbir oynamaq xüsusiyyətlərinə diqqət edirdik. Əsas plan bundan ibarət idi.

Liderlə heç-heçə sizi razı salır?

- Desəydik ki, razı deyiləm, düz olmazdı. Ümumi oyundan razı qaldım.