Almaniya yığması Dünya çempionatı öncəsi ciddi itki ilə üzləşdi

Almaniya yığması Dünya çempionatı öncəsi ciddi itki ilə üzləşdi

Almaniya milli komandası Dünya çempionatı öncəsi ciddi itki ilə üzləşib.

mediasport.az xəbər verir ki, Bundestim Qətərdə keçiriləcək mundialda "Leypsiq"in hücumçusu Timo Vernerin xidmətindən istifadə edə bilməyəcək.

Almaniya klubunun ÇL-in qrup mərhələsinin sonuncu turu çərçivəsində "Şaxtyor"a 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada zədələnən futbolçunun Qətərə yollanmayacağı dəqiqləşib. 26 yaşlı hücumçunun sol ayaq biləyində bağ zədəsi aşkarlanıb.