Dünya Kuboku-2022-də üçüncü günün AFİŞASI: Bu gün 4 oyun keçiriləcək

Dünya Kuboku-2022-də üçüncü günün AFİŞASI: Bu gün 4 oyun keçiriləcək

Bu gün Dünya Kuboku-2022-də final mərhələsinin oyunları davam etdiriləcək.

mediasport.az xəbər verir ki, üçüncü oyun günündən qrup mərhələsinin sonuna qədər gün ərzində 4 qarşılaşma nəzərdə tutulub.

Məlum olduğu kimi, görüşlər Bakı vaxtilə saat 14:00, 17:00, 20:00 və 23:00-da oynanılacaq.

Günə C qrupundan Argentina - Səudiyyə Ərəbistanı oyunu ilə start veriləcək. Ardınca meydanda D qrupunun iştirakçıları - Danimarka ilə Tunis milliləri yer alacaq.

Günün ikinci yarısında əvvəlcə C qrupunun Meksika - Polşa matçı baş tutacaq. Gecə seansında isə azarkeşlər D qrupunun Fransa - Avstraliya duelinin şahidi olacaqlar.


Dünya Kuboku-2022. Final mərhələsi. 1-ci tur

C qrupu

 14:00. Argentina - Səudiyyə Ərəbistanı (TRT 1, İctimai TV, QAZSPORT)

 17:00. Meksika - Polşa (TRT 1, İctimai TV, QAZSPORT)


D qrupu

 17:00. Danimarka - Tunis (TRT 1, İctimai TV, QAZSPORT)

 23:00. Fransa - Avstraliya (TRT 1, İctimai TV, QAZSPORT)