Əbu-Dabidən növbəti bürünc medal

Əbu-Dabidən növbəti bürünc medal

Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

mediasport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Abılayxan Jubanazarı (Qazaxıstan) məğlub edib.

Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Daha əvvəl 60 kq çəki dərəcəsində Balabəy Ağayev də bürünc medala yiyələnib.