Efe Baykal: "Lənkəran doğma şəhərim olan Malatyaya bəzəyir"
"Çox yaxşı kollektivimiz var. Bir ailə kimiyik".
Mediasport.az xəbər verir ki, bu sözləri “Lənkəran”ın türkiyəli basketbolçusu Efe Baykal deyib.
O, cənub təmsilçisinin mətbuat xidmətinə müsahibəsində Azərbaycan basketbolunun sürətlə inkişaf etdiyini vurğulayıb:
"Komandaya sonradan qoşulsam da, bu, mənim üçün əngəl deyil. Hər kəs bir-birinə kömək etdiyi üçün çətinlik çəkmədim. Bunun üçün komanda yoldaşlarıma və məşqçilərimə minnətdaram".
Basketbolçu Azərbaycan və Türkiyənin oxşar cəhətlərindən söz açıb:
"Azərbaycan Basketbol Liqası sürətlə inkişaf edir. Azərbaycanda ən sevdiyim xüsusiyyət insanların çox səmimi və hər zaman kömək etməyə hazır olmalarıdır. Bu mənada Türkiyə xalqı ilə çox bənzərlik var. İki ölkənin yeməkləri də çox oxşardır. Lənkəran doğma şəhərim olan Malatyaya bəzəyir".