Ehtiram Quliyevdən SEVGİLİSİNƏ maraqlı "14 fevral" təbriki
Bu gün "Turan" Peşəkar Futbol Klubunun 32 yaşı tamam olur.
Mediasport.az xəbər verir ki, "Turan" PFK 1992-ci ilin bu günü tovuzlu iş adamı Vidadi Əhmədov tərəfindən təsis olunub.
İlk dəfə ölkəmizi qitəmiqyaslı yarışlarda təmsil edən klub, bununla yanaşı, bir çox ilklərə imza atmaqla adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırmağı bacarıb.
"Turan" Yüksək Liqada 1 dəfə çempion olub, 1 dəfə gümüş, 2 dəfə isə bürünc medalları qazanıb.
Hazırda "Turan Tovuz" adı altında fəaliyyət göstərən qərb təmsilçisi Premyer Liqada baxımlı oyunu ilə yanaşı, gələcək planlarla bağlı da diqqət çəkir.
Ötən ilin bu günlərində "Huner Group" şirkəti ilə 3 illik sponsorluq müqaviləsi bağlayan Tovuz klubu perspektivə hesablanmış planlar qurub, uzunmüddətli layihənin əsasını qoyub.
Şirkətin rəhbəri, tanınmış iş adamı Ehtiram Quliyev klubun yaranmasının 32 illiyi ilə bağlı maraqlı təbrik mesajı paylaşıb. Paylaşımı olduğu kimi təqdim edirik:
14 fevral Sevgililər günü -Sevgilimə məktub!
Gözəllər içindən tək səni seçdim.
Qəlbimi mən sənə,tək sənə verdim.
Sevgilim bu gün 32 yaşında!
Düüz 32 il öncə qışın bu oğlan çağında dünyaya gəlib o.
Çox çətinliklər görüb,gah müharibə,itkilər..gah aclıq,səfalət.
Hələ uşaq ikən qazsız,işıqsız şəraitdə,yarı ac,yarı tox böyüyüb o.Odun peçinin tüstüsündə isinərək..
Bəzən ata-analı,bəzən yetim.
Uşaqlıqdan çarəsizliyin nə olduğunu bilib o.
Çarə axtarıb çarəsiz üzlərdə,əllərdə..
Bəzən çətinliklərdə yoğrulmuş 100 yaşlı qarının təmkini var üzündə..
Bəzən də uşaqlığını yaşamamış,ona doymamış,böyümək istəməyən körpə kimidir o.
Amma artıq əli əlimdə,gözü gözümdədir.
Səhəri onunla açıb,gecə ən son onun xəyalıyla yatıram mən.Və bu xəyalla yaşayan tək mən deyiləm.32 ildir onu böyümüş,inkişaf etmiş görmək çoxlarının arzusudur.Yay demədən,qış demədən onu izləməyə gələn hər kəsin sevdasıdır o!
Dilimdəsən gündüz gecə,sətir-sətir,hecə-hecə!
Doğum günün mübarək Turan Tovuz PFK!