Əlilliyi olan şəxslərlə paralimpiyaçılar arasında yarışlar keçirildi - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi reabilitasiya müəssisələrində bərpa müalicə kursu keçən əlilliyi olan şəxslərlə paralimpiyaçılar arasında 2 idman növü - oxatma və oturaq voleybol üzrə yarışlar keçirib.
mediasport.az xəbər verir ki, nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi tərəfindən 3 Dekabr – Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar təşkil olunan yarışlarda əlilliyi olan 30-dan çox şəxs gücünü sınayıb.
Yarışlar çərçivəsində ağırlıqqaldırma üzrə paralimpiyaçıların ustad dərsləri də keçirilib. Yekunda iştirakçılara diplomlar təqdim olunub.
Əlilliyi olan şəxslərin ifalarından ibarət musiqi proqramı ilə davam edən tədbir əlilliyi olan şəxslər arasında idmanın təbliği, həmçinin onların cəmiyyətə tam inteqrasiya olunmalarına dəstək məqsədi daşıyıb.