Eşitmə məhdudiyyətli əlillər arasında mini-futbol turniri keçiriləcək

Eşitmə məhdudiyyətli əlillər arasında mini-futbol turniri keçiriləcək

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə iyunun 24-dən 27-dək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş eşitmə məhdudiyyətli əlillər arasında mini-futbol turniri keçiriləcək.

MediaSport.az xəbər verir ki, turnirdə 8 komanda mübarizə aparacaq.

“Sərhədçi” İdman Mərkəzində keçiriləcək yarışda “Bakı”, “Sumqayıt”, “Bərdə”, “Gəncə”, “Şəki”, “Mingəçevir”, “Lənkəran” və “Şirvan” iştirak edəcək.