"Neftçi"nin oyunu təxirə salınıb
Kişi voleybolçular arasında Azərbaycan çempionatında bu gün keçirilməsi planlaşdırılan "Xarı Bülbül Laçın" - "Neftçi" matçı təxirə salınıb.
Mediasport.az xəbər verir ki, bəzi oyunçuların səhhətində problemlərin müşahidə edilməsi bu qərarın verilməsinə səbəb olub.
"Neftçi"nin Azərbaycan Voleybol Federasiyasına (AVF) ünvanladığı müraciətdə komandanın 6 üzvündə – Emin Abdullayev, Milad Salehi, Abdullah Azmun, Məhəmməd Nouruzi, Məhəmməd Abulhasani və Mohsen Vazehidə yüksək hərarət müşahidə edildiyi bildirilib.
Federasiya yaranmış vəziyyəti nəzərə alıb və qarşılaşmanın təxirə salınmasına qərar verib.
Oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək.