Fərid Qayıbov Beynəlxalq Konvensiyanın sədr müavini seçilib
Fransanın paytaxtı Parisdə UNESCO-nun mənzil-qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı keçirilir.
Mediasport.az xəbər verir ki, konfransda Azərbaycanı gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransın gündəliyinə əsasən, bu gün Konvensiyanın Bürosuna seçkilər keçirilib və gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın sədr müavini seçilib.
Konfransda həmçinin, cari ilin iyun ayında ölkəmizin Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına ev sahibliyi etməsi, UNESCO-nun bir çox layihələrində fəal iştirakı və ümumiyyətlə təşkilata verdiyi töhfəsi həm üzv dövlətlər, həm də bütövlükdə təşkilat tərəfindən yüksək qiymətləndirilib.