Fərid Qayıbov Estoniyada COP9-un Büro İclasında iştirak edib

 Fərid Qayıbov Estoniyada COP9-un Büro İclasında iştirak edib

Gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti kimi büronun iclasında iştirak edib.

Mediasport.az xəbər verir ki, konfrans Estoniyanın paytaxtı Tallində baş tutub.

Tədbirdə dopinqə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, effektiv strategiyaların tətbiqi və ölkələr arasında təcrübə mübadiləsinin təşviqi kimi mühüm məsələlər müzakirə edilib.