FİFA-da 7 qapıçıdan biri 2024-cü ildə dünyanın ən yaxşısı seçiləcək
İlin ən yaxşı qapıçısı adına namizədlər məlum olub.
Mediasport.az xəbər verir ki, FİFA-nın tərtib etdiyi siyahıda 7 qolkiper yer alıb.
Bunlar Canluici Donnarumma (PSJ), Ederson (“Mançester Siti”), Andrey Lunin (“Real”), Mik Menyan (“Milan”), Emiliano Martines (“Aston Villa”), David Raya (“Arsenal”) və Unai Simon (“Atletik”) qalib olmağa iddialıdır.
Mükafatın sahibi dekabrın 27-də müəyyənləşəcək.
Son olaraq ötən il Ederson qalib olub.