FİFA prezidenti DÇ-2034-ün hansı ölkədə keçiriləcəyini açıqlayıb

FİFA prezidenti DÇ-2034-ün hansı ölkədə keçiriləcəyini açıqlayıb

Futbol üzrə 2034-cü il dünya çempionatının final mərhələsi Səudiyyə Ərəbistanıda keçiriləcək.

Mediasport.az xəbər verir ki, bu barədə məlumatı FİFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında paylaşıb

Qeyd edək ki, dünən Avstraliya hökuməti mundiala ev sahibliyi etmək istəyindən geri çəkildiyini açıqlayıb.

Yeganə namizəd Səudiyyə Ərəbistanı qalıb.

Qeyd edək ki, növbəti - 2026-cı il dünya çempionatı 3 ölkədə təşkil olunacaq - ABŞ, Kanada və Meksika.

2030-cu i mundialına isə 6 ölkə - İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək.