Final mərhələsində daha 4 qarşılaşma keçiriləcək - Avropa çempionatı

Final mərhələsində daha 4 qarşılaşma keçiriləcək - Avropa çempionatı

Gürcüstan və Rumıniyanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə U-21 Avropa çempionatı davam edir.

MediaSport.az xəbər verir ki, qrup mərhələsinin bu gün 2-ci turu çərçivəsində 4 qarşılaşma keçiriləcək.

Qitə birinciliyinin final mərhələsinə 5 şəhərin ümumilikdə 8 stadionu - Rumıniyanın Buxarest və Kluj-Napoka, Gürcüstanın isə Tbilisi, Batumi və Poti ev sahibliyi edir. Yarış iyulun 8-də yekunlaşacaq.


U-21 Avropa çempionatı. Final mərhələsi. Qrup oyunları

20:00 Gürcüstan - Belçika

20:00 Portuqaliya - Niderland

20:00 Rumıniya - Ukrayna

22:45 İspaniya - Xorvatiya