"Heydər Əliyev Kuboku"nda 6 yaş kateqoriyasında 60 idmançı yarışır
Həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku" turnirində mübarizə başlayıb.
Mediasport.az xəbər verir ki, yarışın keçirilməsinin məqsədi ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, mərkəzin beynəlxalq yarışların keçirilməsi istiqamətində təcrübəsini genişləndirməkdir.
Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnirdə öncədən qeydiyyatdan keçən, 6 müxtəlif yaş kateqoriyası üzrə 60-a yaxın həvəskar idmançı xizək yarışının "Slalom Gigant" növü üzrə birincilik uğrunda yarışır.
Mübarizədə (18-25 kişilər, 18-25 yaş qadınlar), (26-45 yaş kişilər), (26-45 yaş qadınlar), 46 yaşdan yuxarı kişilər və qadınlar iştirak edir.
Qaliblər "Şahdağ" Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla mükafatlandırılacaqlar.
"Heydər Əliyev Kuboku" fevralın 17-də böyüklər və uşaqlar arasında "snoubord" üzrə, 24 fevralda uşaqlar arasında xizək üzrə davam etdiriləcək.