Hüseyn Heydərov da 3 qızıl medal qazandı! - Avropa çempionatı-2023
Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında üç qızıl medal qazanıb.
MediaSport.az xəbər verir ki, yaşı 15-ədək olan oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 118 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına sahib çıxıb.
O, təkanla qaldırmada da uğurlu çıxışla yadda qalıb. Heydərov 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.
Toplam 257 kq (118+139) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Amin Osmanov (55 kq) və Ravin Alməmmədov (73 kq) qızıl medal qazanıb, Turan Əliyev (67 kq) və Yunis Bayramov (67 kq) isə Avropa üçüncüsü adını təmin edib.