2024-cü ilin ən yaxşı baş məşqçisi adını qazanmağa 5 namizəd var

2024-cü ilin ən yaxşı baş məşqçisi adını qazanmağa 5 namizəd var

FİFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri müəyyənləşdirib.

Mediasport.az xəbər verir ki, siyahıda 5 mütəxəssisin adı var.

Mükafatı qazanmağa namizədlər Karlo Ançelotti (“Real”, İspaniya), Pep Qvardiola (“Mançester Siti”, İngiltərə), Şabi Alonso (“Bayer”, Almaniya), Lionel Skaloni (Argentina millisi) və Luis de la Fuentedir (İspaniya millisi).

Qalib dekabrın 27-də məlum olacaq.

Mükafatı son dəfə ötən il Pep Qvardiola qazanıb.