İlk günün qalibləri məlum oldu
Cüdo üzrə həm qadın, həm də kişilər arasında Azərbaycan çümpionatında ilk günün qalibləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, startda 7 çəki dərəcəsində medallar sahiblərinə qovuşub.
Qadınların mübarizəsində Fidan Əlizadə (63 kq), Günel Həsənli (70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) fəxri kürsünün birinci pilləsinə yüksəliblər.
Kişilərin yarışında isə Hüseyn Allahyarov (60 kq), Rəşad Yelkiyev (66 kq) və Rəşad Məmmədəliyev (73 kq) çempion olublar.
İlk gündə tatami üzərinə 178 idmançı çıxıb.