İSSF-in Baş Assambleyasından öncə İdarə Heyətinin iclası keçirilib

İSSF-in Baş Assambleyasından öncə İdarə Heyətinin iclası  keçirilib

İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) Baş Assambleyasından öncə keçirilən İdarə Heyətinin 36-cı iclası “Zoom” proqramı üzərindən onlayn şəkildə təşkil olunub.

Mediasport.az xəbər verir ki, iclasda MOK-un və İSSF-in vitse-prezidenti Çingiz Hüseynzadənin də iştirakı ilə Baş Assambleyanın gündəliyindəki bir çox məsələ barədə danışılıb.

Görüşdə İdarə Heyətinin 35-ci iclasının protokolunun təsdiqi, İSSF Əsasnaməsində dəyişikliklər, növbəti İslamiadaya ev sahibliyi ilə bağlı hesabat, eləcə də 2029-cu ildə 7-ci dəfə təşkil olunacaq analoji yarışa ev sahibliyi və İSSF-nin yeni loqosu üçün təkliflər müzakirə olunub.

Daha sonra baş katibliyin 2023-cü ilin mart-noyabr ayları üzrə hesabatı, İSSF-nin gələcək strategiya planı, 2024-cü il üçün maliyyə planı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.