Kapitan üçün yubiley
Vüqar Mustafayev “Sumqayıt”ın heyətində Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Mediasport.az xəbər verir ki, kapitanın yubileyi VII tura təsadüf edib.
29 yaşlı futbolçu “Turan Tovuz”la ev matçına (0:0) kapitan sarğısı ilə çıxıb. Yarımmüdafiəçi 2019/2020 mövsümündən şərəfini qoruduğu “Sumqayıt”ın heyətində qol hesabını açmayıb. Mustafayev klub tarixində Premyer Liqada 100 və daha çox matç keçirən 5-ci oyunçudur.
Qeyd edək ki, sumqayıtlılar 2011/2012 mövsümündən yüksək dəstədə mübarizə aparırlar.