Məşqçiyə ŞOK ittiham: "O, məni gündə 3 dəfə zorlayırdı"
Yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarda ittiham olunan sabiq tennis məşqçisi Endryu Geddeşə qarşı məhkəmədə ifadə verənlərin sayı artır.
Mediasport.az xəbər verir ki, keçmiş fransalı tennisçi Anjelika Koşi məşqçinin onu dəfələrlə cinsi təcavüzə məruz qoyduğunu bildirib.
Anjelika məhkəmə ifadəsində deyib ki, 12 yaşında ona məşq keçməyə başlayan Geddeş tərəfindən dəfələrlə zorlanıb:
"Əvvəllər bir neçə dəfə intihar etmək istəmişəm. Bu sözləri ifadə etmək çox ağırdır. O, məni gündə 3 dəfə zorlayırdı. Onun gənc qızlarla davranışını o vaxt bilməyən yox idi. Kimsə klub prezidentinə şikayət edəndə o, Geddeşin komandaya titullar qazandırdığını əsas gətirərərək baş verənlərə göz yumurdu. Bu, daha ağır idi".
Qeyd edək ki, 4 qıza təcavüz etdiyi sübuta yetirilən Endryu Geddeş 2021-ci ildə 18 il həbs cəzası alıb. Qərardan narazı qalan ittihamçının vəkili apellyasiya şikayəti versə də, şahid dinləmələrindən və çoxsaylı dəlillərdən sonra cəza qüvvədə saxlanılıb.