Yay Paralimpiya Oyunlarına ilk vəsiqəni Oloxan Musayev qazandı
Azərbaycanın paralimpiya komandası "Paris-2024" Yay Paralimpiya Oyunlarına ilk lisenziyanı qazanıb.
Federasiyadan "MediaSport"a verilən məlumata görə, ilk vəsiqəni milli komandamızın atleti Oloxan Musayev təmin edib.
44 yaşlı paralimpiya çempionumuz (Pekin-2008) Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında nüvə itələmə növündə 11.74 metr nəticə ilə 4-cü yeri tutub. Mundialda ilk 4 yerə sahib çıxan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edirlər.