Milli komandamızdan Avropa çempinatında daha bir medal

  Milli komandamızdan Avropa çempinatında daha bir medal

Azərbaycan yığması Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 21 yaşadək taekvondoçular arasında keçirilən Avropa çempionatında daha bir medal qazanıb.

Mediasport.az xəbər verir ki, 63 kq çəki dərəcəsində yarışan Vasif Səlimov bürünc mükafat əldə edib.

İdmançımız medala gedən yolda Türkiyə, Ukrayna və Danimarkadan olan taekvondoçulara qalib gəlib.

Vasif yarımfinalda polşalı idmançıya uduzaraq, 3-cü yeri tutub.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Səyyad Dadaşov (54 kq) da 3-cü olub.