Konfrans Liqasında 3 klubumuzun qaliblərinin 3-cü mərhələ üçün mümkün rəqibləri məlum oldu
Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçilərinin 2-ci raund cütlərinin qaliblərinin də mümkün rəqibləri müəyyənləşib.
"Sabah" İsrailin "Makkabi" (Hayfa) klubunu keçsə, "Vadus" (Lixtenşteyn) - "Sent-Patriks" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
"Zirə" - "DAK-1904" cütünün qalibi "Osiyek" (Xorvatiya) - "Levadiya" (Estoniya) cütünün güclüsü ilə üz-üzə gələcək.
"Sumqayıt" - "Fehervar" duelindən güclü çıxan tərəf isə KL-in 3-cü raundunda "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə görüşəcək.
Mərhələnin matçları avqustun 8-də və 15-də keçiriləcək.