Kurban Berdıyev: "Belə matçlarda birinci səhvə qədər oyun gedir"
"Birinci hissədə mövqe oyunu oldu. Qol imkanları çox olmadı. Yalnız Otto Conun təkbətək epizodunu istisna etmək olar. Belə matçlarda birinci səhvə qədər oyun gedir. Təəssüf ki, o səhvi biz buraxdıq".
Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Türkmənistanlı mütəxəssis Premyer Liqanın 15-ci turunun "Araz-Naxçıvan"la səfər görüşünü şərh edib, 0:1 hesablı məğlubiyyət haqda fikirlərini bildirib.
O, rəqiblərin "Turan Tovuz"un birinci dövrədən sonra qarşısını almağın yolunu tapması sualı ilə razılaşmayıb. K.Berdıyev Tural Bayramlının heyətə düşə bilməsinə belə izah verib:
"Bu oyundan çox şey asılı idi. Qarşıda matçlar çoxdur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.
Rəqib yaxşı təşkilatlanmış komandadır. Müdafiədə yaxşı oynayırlar. Müdafiəyə ciddi fikir verirlər, ona görə də az qol buraxırlar.
Komandada rəqabət var. Hücum qrupumuzda ciddi rəqabət hiss olunur"