Lənkəran klubundan növbəti qeyri-peşəkarlıq: Bu dəfə oyuna gəlmədilər
Futzal üzrə Yüksək Liqanın X turu çərçivəsində bu gün keçirilməli olan "Alyans" (Lənkəran) – "Baku Fayr" matçı keçirilməyib.
mediasport.az xəbər verir ki, buna səbəb Lənkəran təmsilçisinin təyin olunan matçda meydana çıxmamasıdır. Oyunun yekun nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.
Xatırlatma edək ki, lənkəranlılar ötən turda da qeyri-peşəkarlıq nümayiş etdirərək xoşagəlməz hadisəyə səbəb olmuşdular. 9-cu turda U-19-la “Alyans”ın görüşü Lənkəran klubunun ehtiyat qapçısının olmaması səbəbindən başa çatdırılmamışdı. Hesab 6:1 U-19-un xeyrinə olarkən cənub təmsilçisinin qapıçısı qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Futzal qaydalarına uyğun, hakimlər qarşılaşmanı bərpa etməmişdi.