Mahir Emreliden Xorvatiyada 1 qol və 1 məhsuldar ötürmə - VİDEO

 Mahir Emreliden  Xorvatiyada 1 qol və 1 məhsuldar ötürmə - VİDEO

Futbol üzrə Xorvatiya çempionatında 9-cu turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığma komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Rudes"in qonağı olub.

Forvard Zaqreb təmsilçisinin 5:1 hesabı ilə qalib gəldiyi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İlk hissədə fərqlənən Mahir 73-cü dəqiqədə əvəzlənib.

"Dinamo" 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.