"Mançester Siti" 1/4 finala 7 qol, "İnter" "sülh"lə vəsiqə qazandı - ÇL
Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 1/4 finala vəsiqə qazanan daha iki kollektivin adı rəsmiləşib.
mediasport.az xəbər verir ki, 1/8 finalın dünən baş tutmuş 2 cavab görüşündən sonra "Mançester Siti" və "İnter" adlarını ən güclü 8 komanda sırasına yazdırıb.
Xosep Qvardiolanın baş məşqçisi olduğu "Mançester Siti" Almaniya təmsilçisi "Leypsiq"i "Etihad"da meydana çıxmasına peşman edib. Qonaqları 7 cavabsız qolla darmadağın və rüsvay edən "şəhərlilər"in heyətində 5 qolu Erlinq Haaland vurub.
Günün Portuqaliyada keçirilən qarşılaşmasında isə azarkeşlər qol görməyiblər və ilk matçdakı minimal hesablı qələbə "İnter"i 1/4 finala çıxarıb. Daha əvvəl isə "Benfika", "Çelsi", "Milan" və "Bavariya" 1/4 finala keçidlərini təmin ediblər.
UEFA Çempionlar Liqası. 1/8 final mərhələsi. Cavab oyunları
“Portu” (Portuqaliya) – “İnter” (İtaliya) 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa)
Qırmızı vərəqə: Pepe, 90+7 ("Portu")
İlk oyun – 0:1.
“Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya) 7:0
Qollar: Erlinq Haaland, 22-pen., 24; 45+2; 54; 57, İlkay Gündoğan, 49, Kevin de Brüyne, 90+2.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:1.