Mehriban Əliyeva dünya çempionu olan şahmatçıları təbrik etdi

Mehriban Əliyeva dünya çempionu olan şahmatçıları təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "instaqram" hesabında şahmat üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.

"Əziz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli! Parlaq qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizinlə qürur duyuram! Əməyinizə və iradənizə görə sağ olun! Azərbaycana Qələbələr yaraşır!".