Mərakeş yığmasının müdafiəçisi dünya futbolunun tarixinə düşdü
Mərakeş milli komandasının müdafiəçisi Nuhayla Benzina dünya çempionatının final mərhələsində hicabla çıxış edən ilk qadın futbolçu kimi tarixə düşüb.
MediaSport.az xəbər verir ki, bu, Avstraliya və Yeni Zelandiyada keçirilən mundialda qeydə alınıb.
DÇ-də debüt edən Benzina meydana start heyətində - baş örtüsü ilə çıxıb. Mərakeşlilər birinciliyin qrup mərhələsində Cənubi Koreya yığmasına 1:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) futbolda 2007-ci ildən tətbiq olunan hicab qadağasını 2014-cü ildə ləğv edib.