Milli üzvlərinə "Əməkdar idman ustası" fəxri adı verildi

Milli üzvlərinə "Əməkdar idman ustası" fəxri adı verildi

Mini futbol üzrə Azərbaycan milli komandasının üzvləri fəxri ad alıblar.

mediasport.az xəbər verir ki, bununla bağlı qərar Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclasında qəbul olunub.

Kollegiya qərarı ilə Ramil Həsənzadə, Davud Kərimi, Bəxtiyar Soltanov, Seymur Məmmədov, Mirmehdi Rzayev, Rəvan Kərimov, Tanrıverdi Məhərrəmli, Vüsal İsayev, Samir Həmzəyev, Təmraz Əmircanov, Elvin Əlizadə, Vitali Borisov, Taleh Babayev, Tural Nərimanov və Asif Zeynalova "Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adı verilib.