Milli üzvü 1 tondan çox narkotik qaçaqmalçılığında ittiham edilir

Milli üzvü 1 tondan çox narkotik qaçaqmalçılığında ittiham edilir

2021-ci ildən Moskva "Spartak"ında çıxış edən Niderland yığmasının keçmiş futbolçusu (2014/2021) Kvinsi Promes 1 tondan çox narkotik qaçaqmalçılığında ittiham edilir.

mediasport.az xəbər verir ki, Niderland prokurorluğu əvvəllər şübhəli şəxs kimi dindirilmiş Promes haqqında yekun qərarı yaxınlarda elan edəcək.

Onun 2020-ci ildə Belçikanın Antverpen şəhərində müsadirə olunmuş külli miqdarda kokain ticarəti ilə əlaqələri üzə çıxıb. Telefon danışıqlarını dinləyən hüquq mühafizə orqanları futbolçunun dəstə ilə əlbir olduğunu sübuta yetirib. Kvinsi 650 və 720 kiloqramlıq iki hissəli dövriyyədə günahlandırılır.

Millinin keçmiş üzvü eyni zamanda əmisi oğlunu bıçaqlamaqda da şübhəli bilinir. Bu insident də 2020-ci ildə baş verib. Futbolçunun şənlik zamanı aralarında yaranmış münaqişədə qohumuna bıçaq zərbəsi vurması şahidlər tərəfindən təsdiqlənib. Tibbi rəyə əsasən, zərərçəkmişin dizindən aldığı xəsarət onun sağlamlığına ömürlük problem yaradıb.

Hər iki iş üzrə dinləmələr iyunun 5-də Amsterdamda olacaq.