Millilərimiz Avropa çempionatında növbəti qələbələrini qazanıblar
Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 3-cü turun oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, 2-ci turda Slovakiyaya qalib gələn kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə İsveçlə qarşılaşıb.
Komandamız 3,5:0,5 hesabı ilə qələbə qazanıb. Rauf Məmmədov Tiqr Perrsona, Şəhriyar Məmmədyarov Erik Blomqvistə, Vasif Durarbəyli Hampus Sorensene qalib gəlib, Teymur Rəcəbov isə heç-heçəyə razılaşıb.
2-ci turda Niderlandı məğlub edən qadın şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə Polşa yığmasından üstün olub - 3:1. Ülviyyə Fətəliyeva və Xanım Balacayeva rəqiblərinə qalib gəliblər. Günay Məmmədzadə ilə Gülnar Məmmədova isə heç-heçə ediblər.
Qeyd edək ki, kişi şahmatçılarımız ilk turda Danimarkaya uduzublar, qadınlar isə Sloveniyanı məğlub ediblər.
Bu gün 4-cü tur çərçivəsində kişilərdə\n ibarət yığmamız Xorvatiya, qadın şahmatçılarımız isə Fransa ilə üz-üzə gələcəklər.
Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.