Milli komandamız Avropa çempionatı öncəsi Neftçalada
Bədii gimnastika üzrə Azərbaycan millisi Neftçalada nümunəvi çıxışlar edəcək.
Mediasport.az xəbər verir ki, bu, mayın 17-də Neftçala Olimpiya Kompleksində baş tutacaq.
Həm qrup hərəkətləri üzrə komanda, həm də fərdi çıxış edən gimnastlar kompozisiyalarını göstərəcəklər.
Yığmamız üçün bu çıxış Avropa çempionatı öncəsi məşq xarakteri daşıyacaq.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdəki qitə çempionatı mayın 22-də start götürəcək.