Millimizin Avropa Superfinalındakı rəqibləri müəyyənləşdi

Millimizin Avropa Superfinalındakı rəqibləri müəyyənləşdi

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa Superfinalında qarşılaşacağı rəqiblər məlum olub.

Mediasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 19-25-i aralığında İtaliyanın Alqero şəhərində keçiriləcək oyunlarda yığma B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə mübarizə aparacaq.

Qarşılaşmaların dəqiq tarixləri hələlik müəyyənləşdirilməyib.