Millimizin hücumçusu mövsümün ən yaxşı transferlərindən sayıldı
"Sport.ch" saytı İsveçrə Superliqasında bu yayın ən yaxşı 11 transferinin siyahısını təqdim edib. MediaSport.az xəbər verir ki, siyahıda karyerasını "Qrasşoppers"də davam etdirən milli komandamızın üzvü Renat dadaşov da yer alıb. Ötən mövsümü icarə əsasında Portuqaliya "Tondela"sında keçirən 23 yaşlı forvard cari sezon İsveçrə təmsilçisinin heyətində 5 görüş keçirib, 3 qol vurub.
2014-cü ildən müvafiq yaş qruplarından başlayaraq milli komandalarımıza dəvət alan Almaniya doğumlu Renat Dadaşov 2017-ci ildən əsas yığmamızın formasını geyinir, bu müddətdə o, 16 oyunda meydana çıxsa da, fərqlənə bilməyib.