Nazirliyin rəsmiləri ADBTİA-nın tələbələri ilə görüş keçiriblər
Gənclər və idman nazirinin müavini Mariana Vasileva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Kütləvi sağlamlaşdırıcı idman” ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.
Mediasport.az xəbər verir ki, görüşdə nazir müavini Mariana Vasileva tələbələri salamlayaraq, tədbirin məqsədi barədə məlumat verib.
Natiq görüşün tələbələr üçün faydalı olacağına əminliyini bildirib. Sual-cavab formatında keçirilən görüşdə 200-dək tələbə iştirak edib.
Tələbələrə gənclər arasında idmanın təbliği, kütləvi idmanın insan həyatında rolu, kütləvi tədbirlərin əhəmiyyəti və vacibliyi haqqında məlumat verilib. Görüşdə tələbələri dinləyən nazir müavini tələblərin sosial aktivliyi, idmana maraqları barədə fikir mübadiləsi aparıb.
Görüş zamanı tələbələr arasında sorğu keçirilib və fəal tələbələrə hədiyyələr təqdim olunub.
Görüşdə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, akademiyanın prorektorları Almaz Ələkbərova, Rafail Novruzov və Rizvan Əliyev də iştirak ediblər.