"Neftçi" "Sabah"a uduzdu, "Gəncə" lider oldu - BASKETBOL LİQASI
Azərbaycan Basketbol Liqasında III tura start verilib.
mediasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turun açılış oyununda "Sabah" "Neftçi İK"ya 70:65 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar oyunçuları "Sabah"dan Kamran Məmmədov (16 xal) və "Neftçi İK"dan Mohsen Moradxani (12 xal, 8 ribaund) olub.
Günün ikinci matçında "Gəncə" "AAAF Xırdalan"ı 94-84 hesabı ilə məğlub edərək, 6 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Ən məhsuldar basketbolçular qalib komandadan Cəbrayıl Əkbərov (33 xal, 5 ribaund) və Xırdalan təmsilçisindən Deymon Makdouel (35 xal, 8 ribaund) olub.
Turun digər iki görüşü oktyabrın 29-da keçiriləcək. "NTD Servis" "Zirvə Astara", "Olimpik Şəki" isə "Sərhədçi" ilə qarşılaşacaq.