"Olimpiakos"un yeni transferi zədələndi, Bakıda oynamayacaq

"Olimpiakos"un yeni transferi zədələndi, Bakıda oynamayacaq

Oktyabrın 13-də Bakıda "Qarabağ"ın qonağı olacaq "Olimpiakos" ciddi itkilə üzləşib.

MediaSport.az xəbər verir ki, Yunanıstan mətbuatı Bakıdakı oyunda yeni transfer Qonsalo Avilanın xidmətindən istifadə edə bilməyəcəklərini yazır.

İspan futbolçu Yunanıstan Super Liqasının OFİ ilə görüşündə zədələnib. 24 yaşlı sağ cinah müdafiəçisinin “Qarabağ”la matçda iştirakı sual altındadır.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ” - “Olimpiakos” matç saat 20:45-də başlanacaq.