Olimpiya çempionu Zemfira Meftahətdinova işdən azad edildi

Olimpiya çempionu Zemfira Meftahətdinova işdən azad edildi

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova işdən azad edilib.

mediasport.az xəbər verir ki, güllə atıcılığı üzrə Olimpiya çempionu, polis polkovniki xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

O, 2015-ci ildən DİN-in İdman Cəmiyyətinin rəisi idi.

1963-cü ildə Bakıdan anadan olmuş Zemfira Meftahətdinova müstəqil Azərbaycanın ilk Olimpiya çempionudur. 1991-2014-cü illərdə stend atıcısı kimi Azərbaycan yığmasının heyətində çıxış edən Zemfira xanım 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. 5 qat Avropa, 2 qat dünya çempionudur. Beynəlxalq dərəcəli idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. "Tərəqqi", "Vətən uğrunda" medalları, "Şöhrət" ordeni ilə təltif edilib.