Cüdoya qayıdan Qasımov 34 yaşında Azərbaycan çempionu oldu

 Cüdoya qayıdan Qasımov 34 yaşında Azərbaycan çempionu oldu

Bakı İdman Sarayında qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, yarışın ikinci günündə daha 7 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

112 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Qadınlar arasında Leyla Əliyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Acelya Toprak (57 kq) qızıl medallara sahib olublar.

Kişilər yarışında isə Zelim Tçkayev (81 kq), Murad Fətiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Elmar Qasımovun çempionluğu diqqət çəkir. 34 yaşlı idmançı təxminən iki illik fasilədən sonra cüdoya qayıdaraq ölkə birincisi adını qazanıb.

Bir gün öncə də 7 çəkidə mükafatçılar dəqiqləşib.

Sabah komanda yarışları keçiriləcək.