Paçunun vəziyyəti aydınlaşdı

 Paçunun vəziyyəti aydınlaşdı

Premyer Liqanın 16-cı turunun "Zirə" ilə matçında zədə alan "Kəpəz"in futbolçusu Paçu Lira MRT müayinəsindən keçirilib.

Mediasport.az xəbər verir ki, hücumçuda ciddi problem aşkarlanmayıb.

Yüngül əzələ dartılması olan braziliyalı bu gün fərdi məşq edəcək, sabahdan kollektivə qoşulacaq.

Gəncə klubu 17-ci turda səfərdə "Neftçi"nin qonağı olacaq.