Samirin "Neftçi"yə vurduğu qol oktyabr ayının ən yaxşısı seçildi
Peşəkar Futbol Liqasının (PFL) “Ayın qolu” layihəsinin növbəti qalibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, oktyabr ayının ən yaxşı qolunun müəllifi "Səbail"in futbolçusu Samir Abdullayev olub.
Gənc hücumçu "Qarabağ"la 14-cü tur görüşündən əvvəl PFL tərəfindən mükafatlandırılıb.
Forvarda mükafatları qurumun Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.
Qeyd edək ki, Samir bu qolu oktyabrın 19-da səfərdə "Neftçi"yə məğlub olduqları matçda vurub - 1:3.