Premyer Liqanın bombardiri: "Hər kəs bir məqsəd üçün çalışır"
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 15-ci turunda "Turan Tovuz"u məğlub edib.
Mediasport.az xəbər verir ki, 1:0 hesablı qələbədə yeganə qolun müəllifi Felipe Santos instaqram hesabında fikirlərini bölüşüb.
8 qolla çempionatın bombardiri olan braziliyalı hücumçu vacib qələbə qazandıqlarını bildirib:
"Komandama kömək etdiyim üçün xoşbəxtəm. Vacib qələbə qazandıq. Hər kəs bir məqsəd üçün çalışır".