Qadın güləşçilərimiz üçün antidopinq seminarı təşkil edilib
Azərbaycan Güləş Federasiyasının qadın idmançıları üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.
Mediasport.az xəbər verir ki, seminarda idmançılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.
Bundan əlavə narkotik vasitələr, onların zərərləri və cəmiyyətə olan təsirlərindən danışılıb.
Sorğuda iştirak edən idmançılar maarifləndirmə seminarından sonra biliklərini yoxlayıblar.